top of page
Search

Varis Xəstəliyi Uzmanlar Varis Mərkəzi

Writer's picture: Dr. Anar ƏmrahDr. Anar Əmrah

Axşamlar bədəninizdə ağrı və əzginlik hissi olur isə, ayaqlarınızda kapilyar damar əmələ gəlirsə, ayaq biləklərinizdə şişmə və göyərmə olursa, dərinizdə qızarıqlıq, qaşıntı və quruluq varsa, dərialtı təbəqələrdə sağalması uzun müddət alan qanamalar olursa, mütləq şəkildə bir ürək damar cərrahına müraciət ediniz!

Varikoz, aşağı ətraf vena damarlarının genişlənməsi, uzanması və burulması olaraq adlandırılan bir xəstəlikdir. Dünya ölkələri əhalisinin %10-20-də rast gəlinir. Yaşlanma ilə birgə bu xəstəliyə rastlanma ehtimalı da artır. 50 yaş üzəri hər iki nəfərdən birində aşağı ətrafların varikoz xəstəliyinə rast gəlinir.

Varikozlu damarlar

Neçə növ varokoz xəstəliyi var?

Varikoz xəstəliyinin 4 növü vardır;

Hörümçək Toru:

Telanjiektazi də adlandırılan bu damarlar dəridə yüzeysəl olaraq görülür. 1 mm² və ya daha az ərazidə əmələ gəlir. Əllənirkən hiss edilmir. Adətən qırmızı rəngində olur. Gözlə görüləbiləcək şəkildə ulduz və ya hörümçək toruna bənzər formada yayılmış xətlər kimi bütün ayaq nahiyyəsini əhatə edəbilər.

Retikulyar Varikozlar:

Dəridən çox az qabarıq, əhatələri 4 mm²-dən kiçik olan mavi rəngli, palpasiya (əllənirkən) ilə çətin hiss edilən varikozlardır.

Böyük Venadamarları Varikozları (Safen ven varikozları):

Böyük və kiçik safen venaları boyunca rast gəlinən, böyük, geniş qıvrımlar yaradan, palpasiya və gözlə asan görülən varikozlardır. Bunlar 3 mm²-dən böyük əhatəlidir. Dəri altında olduqları üçün adətən dəri rəngində dəyişiklikliyə rast gəlinmir.Dəridən qabarıq olub ayaqüstə dayanmaqla daha da çox nəzərə çarpar. Uzanıb ayaqlar ürək nahiyyəsindən yuxarıda tutularaq gözlədiyimizdə yox olurlar.

Dərində yerləşən Böyük Damarların Varikozları:

Bu vena damarları aşağı ətraflarda dərin nahiyyələrdə mövcuddur. Varikozlar xaricdən görülmür lakin ayaqda şişlik və qan dövranı pozğunluğuna səbəbiyyət yaradır.

Varikoz xəstəliklərinə kimlərdə rast gəlinir?

Qadınlarda kişilərə nəzərən daha çox rast gəlinir. Genetik, yəni ailə üzvlərində varikoz xəstəliyi olanlarda daha sıx rast gəlinir. Bundan əlavə siqaret çəkənlərdə, ağır atletika ilə məşğul olanlarda, artıq çəki, yaşlanma, hamiləlik, klimaks dövrü, uzun müddət ayaq üstə dayanmaqdan əlavə, dərin vena damarlarının tıxanıqlığı və bu damarlardakı qapaq çatışmazlığı nəticəsində də müşahidə olunur.

Səbəbləri;

Əslində varikoz xəstəliyinin tam əmələ gəlmə səbəbi bilinmir. Əsas problem, venadamarı divarında əmələ gələn struktur pozğunluğu (xəstəlik) səbəbi ilə damarın genişlənməsi və damar içindəki qapaqcıqların funksiyasını itirməsi ilə qanın geri qaçmasıdır. Bu qaçaq nəticəsində, qan ürəyə geri axımda çətinlik çəkər və vena damarlarının içindəki təzyiq getdikcə artar. Təzyiqin artması nəticəsində də damarlar gedərək genişlənir və nəticədə qan dövranı pozğunluğu əmələ gəlir.

Varikoz xəstəliklərinin daha nadir rast gəlinin səbəbləri də mövcuddur. Dərin venadamarları tıxalı olan şəxslərdə, normal hallarda aşağı ətraf qanının 10%-i öhdəçiliyinə götürən səthi vena damarları, ayağın bütün karbondioksiddən zəngin qan dövranını öz üzərinə götürür. Bu səbəbdən də damarın diametri çoxalır və varikoz müşahidə olunur.

Xəstələrin şikayətləri:

Aşağı ətraflarda xüsusən axşamlar və hərəkət sonrası ağrı, yorğunluq və əzginlik hissi, axşamları daha çox olan qaşıntı və ağırlıq hissi,

Ayaqlarda kapilyar damarların yaranması,

Ayaq biləyində şişlik,

Ayaq biləklərində göyərmələr əmələ gəlməsi,

Staz dermatiti vəya venoz egzama da adlandırılan dəridə qızarıqlıq, qaşıntı vq quruluq,

Özüözünə və ya yüngül travmalarda dəri altında əmələ gələn və sağalması uzun müddət alan qanamalar,

Bəzi şəxslərdə dəri altı yağ təbəqəsinin sərtləşməsi nəticəsindəayaq biləyi üzərindəki nahiyyədə çöküntü,

Bəzən bu problemlə əlaqədar rahatsızlıq əmələ gətirən psixolojik vəziyyət.

Diaqnozun qoyulma şəkli:

Diaqnoz çox bəsit şəkildə adətən müayinə ilə qoyulur. Amma müalicə formasını dəqiqləşdirmək məqsədi ilə USM Doppler müayinəsi olunur ( ağrısız 10-15 dəqiqəlik proseduradır). Doppler bir növ ultrasəs müayinədir və hər bir şəxsə asan şəkildə ediləbilinən, ziyansız, ağrısız, dərmansız bir müayinə metodudur.

Bu müayinə ilə damarların diametrləri, içindən keçən qanın hərəkətləri, damar içindəki qapaqcıkların funksiyaları və dərin damar haqqında dəqiq çox qiymətli, lazımlı məlumatlar əldə olunur.

Varikoz Xəstəliyindən Qorunmaq Mümkündürmü?

Hər hansı bir dərman preparatı istifadə edilərək varikoz xəstəliyindən qorunmaq mümkün deyil. Ancaq varikozdan qorunmaq üçün;

Uzun müddət ayaq üstə dayanmamaq,

Hamiləlik dövründə mütamadi qoruyucu elastik corab geyinmək,

Mütamadi yerimə idmanı etmək,

Axşamlar yarım saat ayaqları ürək nahiyyəsindən yuxarıda saxlamaq,

İstidən uzaq olmaq,

Ayaqları soyuq suyla yumaq,

Hormonal preparatlardan uzaq olmaq,

Çəki almamaq (arııq çəkidən azad olmaq ) kimi tədbirlər varikoz xəstəliyindən qorunmaq üçün qabaqlayıcı tədbirlərdir.

Bundan əlavə günümüzdə apteklərdə müxtəlif forma və tərkibdə mövcud olan mərhəmlər, bitkisəl dərmanlar və bunun kimi başqa yanaşmaların faydaları tibbi olaraq sübut olunmamışdır.

Müalicə metodları:

İnvaziv metodlar;

Hörümçək toru və retikulyar varikozlar üçün skleroterapiya vəya transdermal lazer müalicəsi olunur. Bu müalicənin əsas məqsədi, estetik görünüşdür. Bu görüntü pasiyentin səhhətində ciddi mənada bir problemi yaratmır.

Transdermal lazer müalicəsi adətən qırmızı rəngli, 1 mm. və daha incə kapilyar damarların müalicəsi üçün istifadə olunur.

Skleroterapiya isə 1 mm.dən qalın olan problemli damarların müalicəsində tətbiq edilir. İki müalicə yöntəmi birbirlərinin əvəzedicisi olmayıb daha çox birbirlərini tamamlayıcı müalicələrdir. Hər iki müalicə də seanslar olaraq olunur. Pasiyentin xəstəxanada qalmasına ehtiyac olmur.

Skleroterapiya nədir? Necə edilir?

Bu müalicə metodu 80 ildən çoxdur ki, tətbiq edilir. Skleroterapiyada çox incə xüsusi iynələr vasitəsi ilə damar içərisinə sklerozan madde yeridilir (adətən sodyum xlor). Bu kimyasal maddə damar iç səthində xəsarət yaradaraq damar divarlarının yapışmasına səbəb olur. Yapışan damar artıqiçindən qan keçmədiyi üçün görünmür və vaxt keçdikcə orqanizma tərəfindən yox edilir. Bəs bu damarların yox edilməsinin orqanizmaya hər hansı bir ziyanı varmıdır? Bu damarlar normal insan orqanizmasında mövcud olmamalıdır və hərhansı bir funksiyası olmadıqları üçün bunların yox edilməsinin hər hansı bir yan təsiri, ziyanı müşahidə edilməmişdir.

Skleroterapiyanın hər seansı adətən 10-15 dəqiqə dəvam edir. Hər seansda yox edilən damar miqdarı damarların diametrinə, istifadə edilən dərman preparatlarının dozasına və pasiyentin ümumi vəziyyətinə görə dəyişir. Proseduradan sonra xəstəyə yüngül təzyiqli elastik corab geyindirilir və 15-20 dəqiqə gəzinməsi istənilir.

Prosedura sonrası iynə yerlərindəki damarlarda şişkinlik kabarıklık görünür. Daha sonra bu yerlərdə göyərmələr, nadirən də dəridə qabıqlanmalar olabilər. Seanslar adətən 1 həftə aralıqlarla edilir.

Skleroterapiya ilə damar mövcudluğunun 60-80%-i yox edilir. Kapilyar damarlar 3-6 həftədə, daha böyük damarlar isə 3-4 ayda yox olur. Xəstələrin 10%-də prosedurada nailiyyət əldə olunmur. Bu xəstələrdə proseduranın təkrarlanmasına ehtiyac olunabilər.

Skleroterapiyanın əks təsirləri nələrdir?

Böyük damarlarda olunan proseduralarda, bu damarlar uzunmüddət sərt bir kütlə olaraq dəri altından hiss edilir. Bunların yox olması 5-6 ay müddət çəkəbilər.

Qəhvəyi rəngli ləkələrdən ibarət hiper pigmentasiya; Bunların keçməsi adətən 3-12 ay müddətə olsa da bəzilərinin yox olması iki ilə qədər uzanabilər.

Proseduranın edildiyi yerlərdə daha əvvəl olmayan çox incə qırmızı rəngli yenidən damarların əmələ gəlməsi; Bunlar adətən 3-12 ayda yox olurlar, əgər yox olmazlarsa lazer müalicəsi ilə yox edilirlər.

Çox nadir hallarda ayaqlarda ani ödem ilə yanaşı müşahidə edilən dərin damar laxtalanması.

Çox nadir hallarda iynə yerlərində kiçik ölçülü yaraların əmələ gəlməsi.

Cərrahi metodla müalicələr:

Stripping

Bu standart cərrahi müalicə metodunda, qasıq və ayaq biləyi nahiyyələrində kiçik cərrahi kəsiklər edilərək( 3-5 mm kəsik olur adətən ) yüzeysəl vena damarları çıxarılır. Adətən əlavə olaraq dizaltı nahiyyədə olan genişlənmiş əlavə damarlar (pakelər) 2-3 mm.lik ayrı ayrı kəsilklərlə təmizlənir. Bu prosedura istəyə və xəstənin vəziyyətinə bağlı olaraq yerli vəya ümumi anesteziya ilə edilir. Əməliyyatdan bir neçə saat sonra pasiyent qalxıb gəzəbilir. Adətən bir gün sonra xəstə rahat işini görəcək halda olar ama bəzi hallarda xəstələrin bir həftə müddətində işə getməmələri məsləhət görülür.

Bu cərrahi metodun əks təsirləri arasındada; infeksiya, hematoma (dəri altında qanama), dərin damar laxtalanması və səthi sinir xəsarəti ilə əlaqəli regional hissiyatsızlıq, prosedura yerlərində qalıcı hissiyatsızlığa rast gəlinəbilər.


Damar İçi Termal Ablasiya (Lazer vəya radyofrekans)

Bu metodda səthi vena damarları içinə bir xüsusi iynə vasitəsi ilə nüfuz edilən və yüksek istilik verən bir katater ilə, damar içəridən yandırılaraq bağlanılır. Bu metodda da var isə əlavə olaraq dizaltı nahiyyədə olan genişləmiş əlavə damarlar (pakelər) 2-3 mm.lik ayrı ayrı kəsiklərlə təmizlənir.

Bu prosedura lokal vəya ümumi anesteziyailə olunur və pasiyent eyni gün evinə göndərilir və eyni gün gəzəbilir. Adətən ertəsi gün isə işə davam edəbilir. Bu metodda da dərin damar laxtalanması, yüngül səthi yanıqlar və regional hissiyatsızlıq müşahidə ediləbilər. Lakin standart cərrahi metodla müqayisədə bu metodda əks təsirlərə daha az rastlanır.

Damariçi Köpük Skleroterapiyası

Bu müalicə metodu da kapilyar damarlarda istifadə edilən skleroterapiyaya oxşardır. Lakin dərman yeridilməsi səthi vena damarları içinə ediləcəyindən daha yüksək dozalı dərman preparatları istifadə olunur. Bu müalicə metodunda, adətən qasıq nahiyyəsində bir cərrahi kəsik edilərək səthi vena damarı dərin damarla birləşdiyi yerdə bağlanılır. Nəticə olaraq çox edilən bir cərrahi prosedura deyil və əks təsirləri, riskləri digər proseduralarla eyni kimidir.

Müalicə olunmazsa nə baş verəbilər?

Varikoz xəstəlikli damarların böyük bir hissəsi adətən xoş xassəlidir. Ancaq çox ciddi varikoz xəstəliklərində (C2 və üstü) ayaqda qan dövranı pozulması ilə əlaqəli ciddi problemlər əmələgələbilər. Ağrı, şişkinlik hissi, uzun müddət ayaqüstə qalabilməmək vəya yeriyəbilməmək nəticəsində iş, həyat fəaliyyətində azalma, diskomfort.

Xüsusi ilə yaşlanma dövründə kiçik travmalarda əmələ gələbiləcək ciddi qanamalar. Tromboflebit deyə adlandırdığımız damar içində laxta əmələ gəlməsi. Bu vəziyyət adətən səthi damarlarda olur, ancaq dərin damarlar da bu mənfi proqnozdan təsirlənər isə ağciyər trombo emboliyası ( ağ ciyərə tromb atması ) kimi həyatı təhdid edən hətta ölümlə nəticələnə problemlərlə də qarşılaşılabilinər.

Qan dövranının pozulması ilə əmələ gələbiləcək yaraların səbəb olacağı infeksiya və həyat keyfiyyətinin aşağı düşməsi. Çox nadir hallarda yaraların bəd xassəyə çevrilməsi riski də vardır.

Varis problemlərini öz özünə və dərmanlarla düzəlməz buna görə gənc yaşlarda ayaq damarındakı varisləri həll etməği tövsiyyə edirik. İnsanlar yaşlandıqca bir çox xəstəliklər ortaya çıxır və o zaman varisləri aradan qaldırmaq yanaşı bir çox xəstəliklərlə birlikdə daha çətin olabilər.


29 views0 comments

Recent Posts

See All

YAŞATMAQ YAŞAMAQDI

Mətləbinə, deyəcəyin fikrə söykək olsun deyə hərdən nə vaxtsa oxuduqların, eşitdiklərin yada düşür... Yaşamaq gözəldi, qardaşım! - neçə...

Comments


bottom of page