top of page
Search

Koronar Bypass Əməliyyatı (Aorta koronar Şuntlama yəni AKŞ);

Koronar Bypass Əməliyyatı (Aorta koronar Şuntlama yəni AKŞ)


Bypass Əməliyyatı
Aorta Koronar Şuntlama

Sinə və qoldan alınan arteriyaların və ya ayaqlardan alınan damarların ürəyin  tıxanmış koronar arteriyasına körpü kimi bağlanaraq ürəyi qanla təkrar bərpa etmə prosesidir. Bu müdaxilədən  sonra  tıxanmış  damardan  keçə  bilməyən  qan axını yeni  qoyulan  damarlardan  keçərək ürəyi qidalandırır.

Bypass ( AKŞ) nədir?

Bypass sözünün mənası belədir: Körpüləmə – tıxanmış damarın müalicəsində istifadə edilən cərrahi metodun adıdır.

Koronar Bypass Cərrahiyyəsi nədir?

Koronar Bypass əməliyyatlarında ürəyin tıxanmış damarlarına yeni damarlar əlavə edirik və  onları bypass edirik, ürəyin kifayət qədər qan qəbul etməyən hissələrinə yenidən qanın  axmasına şərait yaradırıq. Burada istifadə etdiyimiz damarlar ümumiyyətlə iki döş arteriya  damarı ( LİMA və RİMA ) qol arteriya damarları (Radial arteriyalar)  və ya  ayaqdan  alınan  vena damarlardır ( safen venalar ). Əğər xəstənin vəziyyəti icazə verirsə gənc  xəstələrdə  döş  və qol arter damarından istifadə etmək istəyirik. Bu əməliyyat ilə xəstələrimizin ən azı 30-40 il problemsiz həyatına davam etməsi nəzərdə tutulur. Bu səbəbdən xüsusilə gənc xəstələrə tam arterial revaskulyarizasiya dediyimiz damarlardan istifadə edərək əməliyyat keçirmələrini tövsiyə edirik və biz də bu metodu çox bəyənir və tətbiq edirik. 

Kimlər Koronar Bypass Cərrahiyyəsi Olmalıdır?

Koronar Bypass Cərrahiyyəsi: Yaşından asılı olmayaraq ürəyində bir və ya bir neçə damarda tıxanma olan bütün xəstələrə aparılır.

Stent yoxsa Əməliyyat?


Stent İmplantasiyası
Stent İmplantasiyası

Adətən təcili hallarda infarkt  keçirən  xəstələrdə tıxalı damarı anjioqrafiya ilə açıb ehtiyac varsa stent qoymaq infarkt zamanı həyat qurtarıcıdır və çox tövsiyyə edilər bir proseduradır. 

Əməliyyat isə xüsusilə çoxlu damar tıxanmalarında, şəkərli diabet xəstəliyi olanlarda  və  əsas  ana tac (koronar)  damar  tıxanmalarında  üstünlük verilən  müalicə üsuludur.

Koronar Bypass Cərrahiyyəsinin Riskləri Nələrdir?

Koronar Bypass Cərrahiyyəsi: Dünyada ən çox edilən əməliyyatlardan biridir. Təxminən 1%  risklə müasir kardio mərkəzlərdə həyata keçirilir. Ölüm riski ilə yanaşı, ən çox görülən  ağırlaşma insultdur. Təxminən 1-2% -də görülür. Bunların xaricində ilk 1-2  ayda  müvəqqəti  ritm pozğunluqları, infeksiya, sümüklərin birləşməməsi, yuxusuzluq, iştahsızlıq və ürək ətrafında maye yığılması kimi problemlər də yarana bilər. Ümumiyyətlə, ilk  iki  aydan  sonra  xəstələrimiz normal həyat-iş rejiminə qayıda bilirlər.

Koronar Bypass əməliyyatı necə aparılır?

Koronar By-pass Cərrahiyyəsi:

Həm işləyən ürəkdə, həmdə ürəyi dayandıraraq sinə, qol və ayaqdan alınan damarların ürəkdəkitıxanmış damarlara əlavə edilməsidir. Bu  əməliyyat  ümumi  anesteziya  altında aparılır.  Əməliyyatdan sonra xəstələr təxminən 24-48 saat reanimasiyada müşahidə olunurlar. Son zamanlarda müasir mərkəzlərdə by-pass  əməliyyatlarında  böyük  miqdarda  qan  və  qan  məhsulları çox az hallarda istifadə olunur. Bizim mərkəzdə (Respublika Diaqnostika Mərkəzi-RDM) by-pass  əməliyyatı  keçirən  xəstələrin təxminən 80%-də qan və qan məssulları istifadə  edilmir.

Koronar Bypass əməliyyatı nə qədər vaxt aparır?

Koronar by-pass əməliyyatları edilən by-passların  sayına görə dəyişir,  lakin orta hesabla  əməliyyatın əsas hissəsi 2 ilə 4 saat arasında davam edir. Əməliyyatdan sonra xəstələrimiz bir-iki gün reanimasiyada qalır, ertəsi gün gəzir və palataya  köçürülür.  Xəstə  yeməyini  yeyə,  üzünü yuya, dişlərini fırçalaya, ayağa qalxıb otaqda və ya şöbə içərisində gəzə bilər. Əgər problem yoxdursa, xəstələrimiz 4-6 cı gün evə buraxılırlar. 

Koronar Bypass əməliyyatından Sonra İntensiv Baxım (reanimasiya);

İlk 4 saat qanaxma və ritm pozğunluqlarının ən çox rastgəlindiyi dövr olduğundan, xəstələr by-pass əməliyyatından sonra adətən 24-48 saat kardioreanimasiyada müşahidə edilir. Mərkəzimizdə xaricdə təhsil almış və təcrübə keçmiş tibbi heyət 24 saat xidmət göstərir. 

Təcili hallarda 913 nömrəsinə 24 saat zəng edəbilərsiz. 

Koronar Bypass Cərrahiyyəsindən Sonra Baş verəbiləcək Fəsadlar;

By-pass əməliyyatından sonra yaraların daha gec sağalması,  qanaxma,  təkrar əməliyyat,  iflic,  infeksiya və aritmiya kimi ağırlaşmalar, yuxusuzluq, iştahsızlıq kimi problemlər də müşahidə edilə bilər.

Koronar Bypass əməliyyatından Sonra Evdə Qulluq;

Bypass əməliyyatından sonra xəstələr evdə xüsusi qayğıya ehtiyac hiss etmirlər (bəzən isə edirlər). Xəstələrin qan təzyiqinə , nəbzi, çəkisi və temperaturuna ilk 3 ay daha tez sonra isə ən az ayda 1-2 dəfə baxılması vacibdir. Diabetli insanlar gündəlik şəkər səviyyələrini özəlliklə yeməkdən 2 saat sonra yoxlamalıdırlar.  Evdəki ilk günlərdən;  Onların artan  templə  yerimələri və əvvəlkindən daha aktiv həyat sürmələri tövsiyə olunur.

Koronar Bypass Əməliyyatından Sonra Həyat;

Xəstələrimizin düşündüyünün tam əksinə əməliyyatdan sonra  əvvəlkindən  daha  sağlam  oldurlar.  Ateroskleroz ümumi bir  xəstəlik  olduğundan  xəstələrimiz  özlərini  aterosklerozdan  qorumalıdırlar; Bu məqsədlə təzyiq, şəkər və xolesterinin tənzimlənməsi  ilə yanaşı,  siqaret  çəkməmək, həftənin ən azı 5 günü bir saat acıq havada düz yolda gəzmək tövsiyə olunur.

Koronar Bypass Əməliyyatından Sonra Cinsi Həyat;

By-pass əməliyyatından sonra xəstələr  özlərini hazır hiss  etdikdə cinsi  həyata  başlaya  bilərlər. Bununla belə, xüsusilə ilk 2 ayda passiv mövqelərə üstünlük vermələri tövsiyə olunur. 

Özümüzü infarktdan necə qoruyabilərik? Nə zaman stent nə zaman əməlliyat ? 

Dərmanlı və dərmansız metal "borucuqlar" var ki, damarın  tıxanıqlığını a çaraq ürək  arteriyasına yerləşdirilir. Qasıqdan və ya qoldan daxil olaraq miokard dediyimiz ürəyin özünü qidalandıran damara yerləşdirilir. By-pass cərrahiyyəsi  bədənin müxtəlif  yerlərindən  alınan  damarlarla tıxanmaların üzərində körpü yaradılaraq həyata keçirilən müalicədir. Bu  iki müalicə  arasındakı nəticələr dünyanın aparıcı jurnalındadaim müqayisə edilib


Stent nədir?

Dərmanlı və dərmansız xüsusi metal tibbi materiallar var ki,  damarın  tıxanıqlığını  açaraq  ürək arteriyasına yerləşdirilir.

Stent necə qoyulur?

Qasıqdan və ya qoldan daxil olaraq ürəyin içindəki damara daxil edilir. Adətən əməliyyat  zamanı xəstənin anesteziya almasına ehtiyac yoxdur.

Stent üstünlüyü / dezavantajı;

Tətbiqi bypass əməliyyatından daha sadə prosedurdur və adətən bir gün sonra xəstə evinə göndərilir. Amma təkrar stentlərin tıxanma ehtimalı əməlliyatda qoyulan damarlardan ( LİMA) daha yüksəkdir. 

Bypass əməliyyatı;

Bədənin hər hansı bir yerindən çıxarılan damarı ürəkdəki tıxalı damarı keçdikdən sonra xüsusi saplarla böyüdücü altında tikir və qanlanmayan bölgəni qan ilə təmin edirik. 

Bu əməlliyat adətən ümumi anesteziya altında aparılır və kardio reanimasiyada ciddi baxım tələb edir. Bir çox hallarda döş qəfəsi açılır və ürək xüsusi Ürək-Ağciyər  cihazına  birləşdirərək əməlliyat aparılır. 

By-passdan sonra tıxanma riski stentlərdən daha azdır. Prosedurdan sonra infarkt dərəcəsi azalır demək olar ki sıfıra düşür, amma insultdərəcəsi stent qoyulmasından daha yüksəkdir. STENT İLƏ BY PASS ARASINDAKI CİDDİ FƏRQ ONDAN İBARƏTTİR Kİ STENT QOYULAN DAMARDA TƏKRARİ İNFARKT RİSKİ SIFIRA ENMİR AMA ƏMƏLLİYAT OLAN DAMARDA ADƏTƏN İNFARKT RİSKİ SIFIRA DÜŞÜR. 

Bir çox ürək-damar xəstəsini maraqlandıran suala genişmiqyaslı elmi araşdırma cavab verir.

17 Avropa ölkəsi və ABŞ-da ümumilikdə 3075 xəstə Ürək-damar obstruksiyasının  müalicəsində dərmanlı Stent və By-pass əməliyyatının nəticələri bir-biri ilə müqayisə  edilib.  Tədqiqatın əvvəlində xəstələrin 1/3-ü ayrıldı və yalnız by-pass əməliyyatı üçün  uyğun  hesabedildi və heç bir stent qoyulmadı. Qalan 1800-ə yaxın xəstədən 900-ü stent, digər 900-ü  isə bypass əməliyyatı edildi. Bu seçimin təsadüfi olmasına  və xəstələrin  razılığının  alınmasına diqqət yetirildi.

Erkən Nəticələr;

Xəstəxanadan çıxmazdan əvvəl ölüm nisbətləri dərmanlı stentlərdə (4,4%) və bypass  əməliyyatında (3,5%) demək olar ki, bir-birinə bənzəyirdi. Bununla belə, bypass  əməliyyatından sonra insult riskinin (2,2%) stentdənsonra insult riski (0,6%) ilə  müqayisədə əhəmiyyətli dərəcədə fərqli (təxminən 3,5 dəfə) olduğu müşahidə edilmişdir. Bu nəticənin ən əhəmiyyətli səbəbinin standart açıq ürək cərrahiyyəsində Ürək-Ağciyər Cihazının (perfuziya cihazı) istifadəsi olduğu göstərildi.

1 ilə 5 ildən sonra

Xəstələr ümumilikdə 5 il müşahidə edilib. İlk 3 ilin nəticələri qiymətləndirilib. Bu nəticələrə görə, by-pass əməliyyatı keçirən xəstələrdə (12%) ilk iki ildə ölüm, insult və ya infarkt keçirmə nisbətləri dərmanlı stent qoyulanlardan (18%) aşağı olmuşdur. Xüsusilə damar quruluşu zədələnmiş və ya hər üç damarda ciddi darlıq və tıxanma olan insanlar və şəkərli diabet xəstələri bypass  əməliyyatından  daha çox  faydalanıblar.  Dərmanlı  stent taxılan damar quruluşu zədələnmiş insanlarda ölüm nisbəti (8%) olduğu halda, bypass  əməliyyatı keçirəninsanlarda 2,6% olmuşdur. Bundan əlavə, ilk bir ildə stent qoyulan xəstələrdə təkrar anjioqrafiya və müdaxilə 17,2%-cərrahi əməliyyat olunanlarda isə 5% olmuşdur. 

Avropanın ən yaxşı kardioloqları və cərrahları tərəfindən aparılan bu araşdırma, xəstə üçün  qərar verərkən kardioloq və kardio cərrahların əməkdaşlıq etməsi lazım olduğunu bir daha vurğuladı. Bir çox elmi araşdırmanın nəticəsində şəkərli diabet və çox damar tutulması olan xəstələrdə əməlliyatın üstün olduğu göstərilmişdir. 

Nəticədə, bu araşdırmaya daxil edilən xəstələrin 76% - nin bypass  əməliyyatından  faydalanacağı ortaya çıxdı. Xəstələrin təqribən 18%-nin həm dərmanlı stentlərlə, həm də by-passla müalicə olunmaq imkanı olduğu halda, onların 6%-nin  stentlərlə  ən yaxşı  nəticə əldə edə bildiyi qeyd olunub. Eyni zamanda stent qoyulan və dərman qəbul etməyi unudan xəstələrdə infarkt ehtimalı daha yüksəkdir. Adətən əməlliyat olunan xəstələrdə öz toxuması istifadə edildiyindən dərman qəbulunun unudulması stent qədər təhlükəli olmayabilər.

Ümumiyyətlə sağlam həyat tərzi , stres və qayğıdan uzaq həyat, düzənli yuxu rejimi, idman etmək bütün hallarda tövsiyyə edilir. 


 
 
 

Recent Posts

See All
YAŞATMAQ YAŞAMAQDI

Mətləbinə, deyəcəyin fikrə söykək olsun deyə hərdən nə vaxtsa oxuduqların, eşitdiklərin yada düşür... Yaşamaq gözəldi, qardaşım! - neçə...

 
 
 

Comments


bottom of page