top of page

Ürək Qapaqlarının Cərrahiyyəsi

oxundu

giphy-11-6.gif
qapq.jfif
indir.jfif

ÜRƏK KLAPANLARININ SEÇİLMƏSİNDƏ DİQQƏT EDİLƏCƏK HÜSUSLAR VƏ KLAPANLARIN NÖVLƏRİ

        Protez ürək klapanlarının istifadəyə verilməsi ürək qapağı xəstələri üçün çox yaxşı bir inkişaf oldu və müalicə şansını tapa bilməyən bir çox xəstənin sağalması mümkün oldu. Hal-hazırda ideal qapaq protezini düzəltmə işi çox intensiv şəkildə davam edir və toxuma və gen mühəndisliyi işləri nəticəsində hər kəs üçün lazım olduqda öz hüceyrələrindən çoxaldaraq bir qapaq istehsal etmək xəyalına yaxınlaşdı. Bu gün protez ürək klapanlarını iki qrupa ayıra bilərik: mexaniki və bioprostetik ürək klapanları.

İdeal protez ürək qapağı necə olmalıdır?

       Qapaq bağlandıqda uzun müddət dayanıqlı və işlək olmalı, bədəndə laxtanın yaranmasına səbəb olmamalı, əməliyyat zamanı asanlıqla bağlanmalı, qapağın kənarından sızma yaratmamalı, hemoliz etməməli və infeksiyaya qarşı davamlı olmalıdır.

    Protez qapağın seçimi xəstənin seçiminə, xəstənin yaşına, qapağın xüsusiyyətlərinə, mövcudluğuna, qiymətinə və cərrahın qərarına görə seçiləlidir.

      Ümumiyyətlə üərk qapaqlarında stenoz və / və ya qapaq çatışmazlığı səbəblərinə görə  funksional pozğunluqlar müşahidə olunur.

       Aorta darlığı (stenoz) ən çox görülən aorta qapağı xəstəliyidir, ən çox görülən mitral qapaq xəstəliyi isə mitral çatışmazlıqdır.

Qapaq əməliyyatı imkanları:

Ümumiyyətlə iki seçənək vurğulanır: qapağın təmiri və ya  qapağın protezləşdirilməsi (dəyişdirmə).

Əgər bizdə varsa, bütün qapaqları düzəltməyi və xarici maddələrə məruz qoymadan öz toxumalarında qalmağı üstün tuturuq.

Təəssüf ki, nadir hallarda aorta klapanlarını təmir edə bilərik, əksinə, mitral klapanları daha tez-tez təmir edə bilərik.

Protez Qapaq seçimi:

Ümumiyyətlə iki seçim var: Mexanik (metal) qapaq və Biyolojik (toxuma) qapaq.

Bəs bu mexanik və biyolojik qapaqlardan hansını seçməlisiniz?

Mexanik qapaq protezləri:

Üstünlükləri:

  • Müxtəlif ölçülərdə istehsal olunub asanlıqla əldə edilir

  • Mexanik qapaqların istifadəsi asandır

  • Mexaniki qapaqların pisləçməsi nadirdir və ümumiyyətlə ikinci bir əməliyyatla dəyişdirilməsinə ehtiyyac yoxdur

  • Bədən tərəfindən yad cism sayılmadığı üçün xüsusi reaksiya əleyhinə dərmanlar qəbulu tələb olunmur

Mənfi cəhətləri:

  • Ən böyük mənfi cəhətin mexanik qapaqların trombogen olmasıdır, Mexaniki qapaq protezləşdirilməsi əməliyyat geçirən xəstə hər gün Coumadin (qan sulandırıcı) dərman qəbul etməlidir, əks halda mexanik qapaqda tromb əmələ gəlməsi pis nəticələrə səbəb olabilər. Coumadin istifadə edərkən yeməyinizə və istifadə etdiyiniz dərmanlara da diqqət yetirməlisiniz, çünki istifadə etdiyiniz bəzi qidalar və dərmanlar Coumadinin antioagulyant təsirini azalda və ya artıra bilər. Coumadin müalicəsinin effektivliyini qiymətləndirmək və dozanı tənzimləmək üçün vaxtaşırı olaraq PT-INR dəyərləri üçün qan testləri aparılmalıdır.

  • Ayrıca coumadin qan sulandırıcı dərman olduğundan uşaq sahibi olmaq istəyən qadınlarda mexanik qapaq istifadə edilməsi uyğun deyildir.

  • Son olaraq, mexaniki qapaq tez-tez xəstə tərəfindən və ya onun yanında olan şəxs tərəfindən eşidilən xüsusi səsini çıxarır. Xəstələr bəzən bu səsdən şikayət edə bilərlər.

Biolojik  (toxuma) qapaqlar:

Üstünlükləri:

  • Biyolojik qapağı olan xəstəyə qan sulandırıcı dərmanı (Coumadin) istifadə etməsi lazım deyil, ancaq bəzi cərrahlar əməliyyatdan sonra toxumaları tam bərpa olunana qədər xəstələrə əməliyyatdan sonra 8-12 həftəlik Coumadin terapiyasına tabe ola bilərlər.

  • Günəllikə gündəlik Aspirin kifayətdir. Bu şəkildə antikoaqulyantların uzun müddətli istifadəsi ilə əlaqəli risk və təqib narahatlığı aradan qaldırılır.

  • Uşaq sahibi olmaq istəyən gənc qadın xəstələrin hamiləlik zamanı coumadin istifadə etməməsi ən böyük üstünlüklərindən biridir (coumadin teratonik bir dərmandır, hamilə qadınlarda istifadə edilmir).

  • Maraqlı olsa da, toxuma qapaqları bədən tərəfindən yad cism olaraq hesab edilmir və buna görə də xüsusi reaksiya əleyhinə dərmanların istifadəsini tələb etmir,

  • İnsan qapağı daxil olmaqla (homograft / kadavradan götürülmüş qapaq), toxuma qapaqları səssizdir və açılıb bağlandığı zaman səs çıxarmır.

Mənfi cəhətləri:

  • Biyolojik qapaqlar ömürlük qapaqlar deyillərdir, maraqlıdır ki, qapaqların ömrü  də xəstənin yaşı ilə əlaqəlidir. Gənc xəstələrin qapaqların üzərində kalsium toplanması yaşlılara görə daha sürətli olur. Biyolojik qapaqların ömrü 15 - 20 il arasındadır. Biyolojik qapaq istifadə edən xəstələr üçün ikinci əməliyyat tələb oluna bilər və ikinci əməliyyatın gətirə biləcəyi risklər ən vacib çatışmazlıqları təşkil edir.

anar_emrah.jpg

Op. Dr. Anar Əmrah

Ürək - Damar Cərrahı

         +994773544444

         +994507154040

          info@anaremrah.com

RMDM LOQO.png
JCİ.jpg

RMDM Bakı Ürək Mərkəzi

Bakı Ürək Mərkəzi

Tbilisi prospekti 147

Bakı/Azərbaycan

bottom of page