top of page

İNFARKT NƏDİR? NECƏ YARANIR?

oxundu

          Ürək, tam sakit vəziyyətdə dəqiqədə 60-100 dəfə olmaqla ömür boyu bütün bədənimizdə qanı dövr etdirən çox güclü və mükəmməl şəkildə yaradılan bir orqandır. Bütün bədənin qan ehtiyacını təmin edərkən ürəyin özünün də qidalanması, qanla təmin olunması olduqca önəmlidir. Ürəyin özünü qidalandıran bu damarlara koroner ( tac) arteriyalar deyilir. Koroner arteriyaların qan dövranında bir anormallıq olduğunda koroner çatışmazlıq meydana gəlir. Koroner çatışmazlıq, koroner damarlardakı darlıqların növünə, dərəcəsinə və yerinə göre dəyişir. Bəzi xəstələrdə sadəcə fiziki hərəkət vaxtı əmələ gələn və istirahətlə keçən sinədə ağrılar olabildiyi kimi, bəzən də damarların ani olaraq tıxanması nəticəsində əmələ gələn, sinədə şiddətli ağrı ilə başlayan ani ölümə səbəbiyyət verən miyokard infarktı (bundan sonra infarkt olaraq yazılacaq) da yaranabilir.

İNFARKT NƏDİR?

 

     İnfarktın səbəbi qısaca desək xolesterolla və yağla dolmuş pilək şəklində kütləciklərin damarı tıxamasıdır. Bu damarlar ürək damarı olabiləcəyi kimi beyin damarı və başqa damarlar da olabilər. Beyin damarında yaranan tıxanıqlıq nəticəsində insult meydana gəlir. Tıxanma nəticəsində qan axımı tam dayanarsa ölümə səbəbiyyət yaradan infarkt əmələ gələbilər.

İNFARKTIN SİMPTOMLARI NƏLƏRDİR?

 

     İnfarkt ani olaraq yaranan, ancaq buna səbəb olan mərhələlər uzun illər ərzində yavaş-yavaş ortaya çıxan çox ciddi problemdir. Dünyada və ölkəmizdə ən çox rast gəlinən ölüm səbəbi olan infarktın simptomları vardır. Bu simptomlar barədə məlumatı olan hər bir şəxs, bu simptomları diqqətli və məsuliyyətli bir şəkildə anlayıb və lazımi tədbirlər görərək bu problemdən uzaqlaşa bilər. Məlumatsız şəxslər isə tam əksinə həyatını itirə bilərlər. Bu simptomlar belədir:

Döş qəfəsinin orta nahiyyəsində bir neçə dəqiqədən uzun vaxt çəkən sıxılma, nəfəs darlığı, ağrı və ağırlıq narahatlıq hissi;

     Çiyinlərə, boyuna vəya qollara yayılan sinədə ağrı bəzən bulantı və qusma şəklində gələn narahatlıq.

     Baş qicəllənməsi, halsızlıq,huşunu itirmə, ürəkbulanma, soyuq tərlə birgə döş qəfəsində ağrı şikayətləri.

İNFARKT KEÇİRMİŞ BİR ÜRƏK NECƏ SAĞALAR?

 

      İnfarkt keçirən zaman ən önəmli iş mümkün olan ən qısa zamanda tıxanan damarın anjio ilə açılması və hüceyrələrin ölməsinin qarşısının alınmasıdır. Arzu edilən odur ki, sinədə ağrı başladıqdan 1.5-2 saat içində damar anjio ilə açılsın. Bir sözlə sinəsində ağrısı başlayan birisi vaxt itirilmədən anjio imkanı olan bir xəstəxanaya təcili şəkildə çatdırılmalıdır.

İnfarktın ağırlığına bağlı olaraq xəstəxanada yatış müddəti bir neçə gündən başlayaraq aylarca vaxt olabilər. Faydalı diyeta, düzgün və stresdən uzaq həyat tərzi, normal yuxu, siqareti tərgitmə, mütamadi idman və artıq çəkidən azad olmaq sizin ürəyinizi çox qoruyar.

 İNFARKTDAN QORUMAQ ÜÇÜN 10 QIZIL QAYDA.

 

  1. Siqaret çəkməyin və çəkənlərin yanında durmayın.

  2. Yüksək təzyiqiniz varsa buna ciddi yanaşın və daim nəzarətdə saxlayın.( mütləq şəkildə təziqi 140/90 dan aşagıda saxlamaq olduqca önəmlidir)

  3. Yağdan, şəkərdən, duzdan və xolesterindən zəngin olmayan qidaları qəbul edin.

  4. Daha çox tərəvəz və şəkəri az olan meyvələri tükətiniz.( meyvələri təbii yetişmə zamanı tükətmək önəmlidir- qışda çiyələk tükətmək çox tövsiyyə edilmir)

  5. Mütamadi idmanla məşğul olmaq ( həftədə ortalama 5 gün 45 dəqiqə fiziki aktiv olmaq, hər gün yatmadan 1 saat əvvəl evdə 5-10 dəqiqə yüngün idman etmək çox faydalıdır)

  6. Çəkimizi normal saxlamaq,

  7. Özəlliklə bədənin tam dincəlməsi üçün gündə ən az 7-8 saat yatmaq (saat 22:30 da ) vacibdir.

  8. Şəkərli diabet xəstəliyi var isə qidalanmaya ciddi riayət etmək və 3-6 ayda bir qan analizi vermək lazımdır.

  9. Ailədə ( ata,ana,əmi,dayı və yaxın qohumlarda ) gənc yaşda ürək xəstəliyi olan varsa 35 yaşından sonra hər il mütamadi tibbi müayinələrdən keçmək.

  10. Keyfiyyətli həyat yaşamaq üçün ürəyinizin qayğısına qalın stresdən uzaq durun.

    Ölkəmizdə hər 100 ölümdən 39-nun səbəbi ürək və damar xəstəlikləridir. Həyat tərzinizdə edəcəyiniz bəzi dəyişiklərlə ürəyinizin sağlamlığını qoruya bilərziniz.

     Necə?

 Cəmiyyətimizi ürək sağlamlığı və keyfiyyətli, düzgün qidalanma barədə məlumalandırmaq məqsədi ilə sizə bunları deyəbilərik:

Yağlı yeməklərə diqqət! Unlu məmulatlar, “fast food” qidaları kimi bir çox hazır gida, yüksək miqdarda yağ tərkiblidir. Çəkinzi qorumaq üçün yağlı qidaların istifadəsinə diqqət ediniz.

    Heyvan tərkibli yağlardan uzaq durun. Kərəyağı, quyruq yağı və heyvanın iç yağı, həm xolesterol həm də doymuş yağlardan zəngindir və çox zərərlidir. Ürəyinizin sağlamlığı üçün qidalanmanızda çox miqdarda doymamış yağlar və bitki tərkibli yağlara, özəlliklə zeytun yağlarına üstünlük verin.

Tərəvəz, meyvə və taxıl tərkibli qidaları çox istifadə ediniz. Vitamin və liflə zəngin bu qidalar ürəyinizin dostudur.

anar_emrah.jpg

Op. Dr. Anar Əmrah

Ürək - Damar Cərrahı

Tel: +994773544444

Tel: +994507154040

Mail: info@anaremrah.com

RMDM LOQO.png
JCİ.jpg

RMDM Bakı Ürək Mərkəzi

Bakı Ürək Mərkəzi

Tbilisi prospekti 147

Bakı/Azərbaycan

bottom of page